Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib. 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər. Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış ola bilərsiniz.
İstək siyahısı